"Hərəyə bir ağac əkək!"

258 №li tam orta məktəbin 4-cü sinif müəllimi Hacıyeva Günel bu yaxınlarda Azərbaycan dili fənnindən verdiyi "Meynə niyə ağlayır?" adlı açıq dərsin iştirakçısı olduq.Mövzunun standartlarına uyğun olaraq şagirdlər mətndə verilmiş hadisələri müqayisə edir,səbəb-nəticə əlaqələrini müəyyən edirdilər.Müəllim nəticədə öz məqsədinə nail olaraq ağacların da insanlar kimi qayğıya ehtiyacları olduğunu,onları incidən zaman ağrını hiss etdiklərini şagirdlərə gətirdiyi müxtəlif misallarla bir daha sübut etdi.Onlara izah etdi ki,ağacları vaxtlı-vaxtında budayanda,sulayanda,qayğılarını çəkəndə bol bəhrə verir,bizim təmiz tənəffüsümüzü təmin edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi