Arif Vəliyevin "Anım günü"

Məktəbimiz öz məzmunu Arif Vəliyevin adını daşıyır.Arif Vəliyev Ənvər oğlu 1968 çi ilin iyun ayının 10 da Bakı şəhərində anadan olmuşdur.Məktəb illərində nümunəvi şagird olmuş, təhsil ocağını qızıl medalla başa vurmuşdur.1985 - ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş 1993-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.1986- cı ildə Çernobıl şəhərində könüllü olaraq xidmətə getmişdir.1994 cü ildə fevralın 1-də Prezidentin çağırışına qoşularaq Vətən Torpağını qorumağa gedib.İlk və son döyüşü Murov dağının yaxınlığında Yüksəklik uğrunda gedən döyüş olub.3 gün 3 gecə qarlı çovğunlu havada döyüşüb.Yarali yoldaşını xilas edərkən ,namərd düşmən gülləsinə tuş gəlib,qəhrəmancasına həlak olmuşdur. Bugün bütün tarix ədəbiyyat dərslərində müəllimələr şagirdlərə Arif Vəliyevin məktəb illərindəki nümunəvi davranışından,1-ci Qarabağ müharibəsində qəhrəmancasına iştirakından danışıb. Məktəbin kitabxanasında 8 ç sinif şagirdləri məktəbin direktoru Sədaqət xanım Hüseynovanın , tərbiyə işləri üzrə direktor müavini Abışov Fəqan müəllimin iştirakı ilə tədbir keçirilmişdir. Sədaqət Hüseynova şagirdlərə Arif Vəliyev və onun timsalında şəhidlər haqqda ətraflı məlumat verdi.Tarix müəlliməsi Hüseynova Səmayə müəllimə tarix dərsini Arif Vəliyevə həsr etmişdir. Sinif rəhbəri Babayeva Zəkifə müəllimənin təşkilatçılığı ilə Arif Vəliyevə xatirə şəkillərindən ibarət albom hazırlanmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi