Ulu öndər heydər əliyevin 100 illiyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, "Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 2023-cü il 3 fevral tarixində Ulu öndər heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Tarix: şəxsiyyətlər və proseslər" məktəblilərin respublika tədqiqat və yaradıcılıq işləri adlı müsabiqənin açılış mərasimi keçirilib.Tədbirin rəsmi hissəsini Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Ekologiya və Təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev , Azərbaycan Respublikasının Prezidentinin Katibliyinin rəisi , I dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə açaraq Heydər əliyevin ölkəmizdə apardığı islahatlardan eləcə də tədbirin məktəblilərin öz ölkəsinin tarixi və qazandığı nailiyyətlər haqqında məlumatlanmasında zəruri olduğunu qeyd ediblər.258 saylı məktəbin VI sinif şagirdi Nuray Hüseynli "Bir dahi doğulub gəldi dünyaya" adlı şeir ilı çıxış edib.Nuray Hüseynlinin ifa etdiyi şeir tədbirin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi