Məktəblilərimizin uğurları bizim uğurlarımızdır!
Hər il 258№li tam orta məktəbdə ibtidai siniflər üzrə paralel siniflər arasında şagird şüurunun,məntiqi təfəkkürünün inkişafı məqsədilə şahmat yarışı keçirilir.Bu il də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş şahmat yarışında II,III,IV siniflər iştirak etmişlər. II sinif şagirdi Toğrul, III sinif şagirdi Qəşəm, IV sinif şagirdi Mais öz oyun taktikası ilə fərqlənmiş,həmyaşıdları arasında seçilərək yarışın qalibi olmuşlar.Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşlar.