Təhsilə dəstək borcumuzdur
Artıq neçə illərdir ki,ölkəmizdə ekternat təhsil forması,yəni müəyyən səbəblərdən orta ümumtəhsil və tam orta təhsil haqqında attestat ala bilməyən vətəndaşlara təhsil sənədinin əldə edilməsi üçun şərait yaradılır,bu da ölkə rəhbərliyi tərəfindən təhsilimizin inkişafına,vətəndaşların rifahına göstərilən qayğının təzahürüdür.
Həddindən artıq əmək sərf edilən bu işin ilkin mərhələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın rəhbərliyi ilə təşkil olunur,həmin mərhələdə imtahan prosesinin gedişatında imtahanverənlərin yerləşdirilməsi,imtahana nəzarət,məqbul qiymət alanların attestatlarının yazılması kimi işlərdə onlara yardımçı olmaq 258 nömrəli tam orta məktəbin direktorunun rəhbərliyi altında kollektivin payına düşür.Məktəbin bu əməyini yüksək qiymətləndirərək direktor Sədaqət Hüseynovaya və kollektivə Təşəkkürnamə təqdim edən BŞTİ-nin müdiri M.Vəliyevaya məktəbə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildiririk.