Şəhid Ümman Əmiraslanovun anım günü

21 dekabr 2022 -ci il tarixində məktəbimizin akt zalında şəhid Ümman Əmiraslanov Natiq oğlunun ad günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri ,bacıları , bacısı uşaqları , məktəbin direktoru Sədaqət xanım Hüseynova  , müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.  6a sinif şagirdləri şeir kompazisiyasını təqdim etdi. Məktəbin şagirdləri " Zəfər xoru" "Azərbaycan əsgəri" mahnısı ifa etdi.  5ç Sinif şagirdi Rəsulzadə Kamal hərbi nomrə- silah söküb - yığdı.8ç  sinif şagirdi Emilya Atakişiyeva "Xudayar təsnifini" ifa etdi və bütün tədbir iştirakçıları bu mahnını  xorla oxudu. Tədbirin sonunda söz məktəbin direktoru Sədaqət xanım Hüseynovaya verildi. Şəhidin valideynləri  çıxış edərək öz minnətdarlığını  bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi