Qeyrətidir damarında çağlayan,səni xalqa,xalqı sənə bağlayan!
Bu gün 258 №li tam orta məktəbdə həyatının çox hissəsini vətəninə,torpağına,xalqına həsr etmiş ümummilli lider,Ulu öndər Heydər Əliyevin anım günüdür. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", deyən tarixi şəxsiyyətin atdığı addımlar, irəli sürdüyü problemlər,qəbul etdiyi qərarlar,söylədiyi fikirlər öz aktuallığı,düzgünlüyü, obyektivliyi və hər cəhətdən ölçülüb-biçildiyindən ətrafdakıları heyrətləndirmiş, onu siyasət aləminin dahisinə çevirmişdir.Müəllimə,təhsilə yüksək qiymət vermiş dahi şəxsiyyəti şagirdlərimiz həmişə sevir və onu daim qəlblərində yaşadırlar.