8 noyabr "Zəfər" günüdür

Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin həyətində 8 Noyabr "Zəfər" gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Sədaqət Hüseynova, müəllim kollektivi ,şagirdlər və valideynlər iştirak etmişdir.Tədbirə artıq respublikanın bütün bölgələrində qürurla dalğalanan 3 rəngli Bayraq dəvət olundu, Dövlət himni səsləndirdi, Şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.
11 d sinif şagirdləri 8 Noyabr "Zəfər" gününə həsr olunmuş kompazisiyani təqdim etdilər. Şeirlər səslədi , vətənpərvər mahnılar səsləndi.Daha sonra məktəbin foyesində 11 d sinif şagirdləri Şəhidin anasına olan son məktubu haqqında tamaşanı təqdim etdilər.