Şagirdlərdə Vətənə məhəbbət,dilinə,dininə hörmət kimi ali hissləri aşılamaq məqsədilə keçirilən açıq dərs!

İngilis dili müəllimi Həsənova Natella 9e sinfində "Vətənpərvərlik" mövzusunda açıq dərs verdi.Müəllim şagirdləri "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" devizi altında "Vətənpərvərlik nədir?","Əsl vətəndaş necə olmalıdır?" sualları ətrafında fikirləşməyə çağırır,onlara Babək filmindən Babəkin monoloqunu ingilis dilinə tərcümə etdirir.Şagirdlər ingilis dilində sərbəst şəkildə öz fikirlərini çatdırır,dinlədikləri fikirə münasibət bildirirlər.Bundan başqa dərsdə Azərbaycanın igid oğulları Mübariz İbrahimov,Ramil Səfərov haqqında videoçarxlar təqdim olundu,onlar haqqında qazetlərdə yazılan məlumatlar tərcümə olundu.Müəllim öz məqsədinə müvəffəqiyyətlə nail oldu,şagirdlərin anaya,Vətənə olan sevgilərini daha da möhkəmlətməyə,ölkənin ərazi bütövlüyünü hamılıqla qorumağa çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi