Məktəblər üçün "Yol hərəkəti təhlükəsizliyi pasportu"nun yaradılması yol təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək!
Bütün dünya ölkələrini, o cümlədən Azərbaycanı narahat edən yol hərəkəti təhlükəsizliyi məsələsini aradan qaldırmaq məqsədilə "Həyat" Humanitar Dəstək İctimai Birliyinin xətti ilə məktəbimizdə tədbir keçirildi.Tədbiri məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Sevil Abdullayeva açıq elan etdi və qeyd etdi ki, məktəbimiz nəqliyat vasitələrinin intensiv olduğu ərazidə yerləşir, bu baxımdan bu ərazi yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını tələb edir.Tədbirdə iştirak edən 46 №li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Suleymanova,"Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri,layihə rəhbəri Azər Allahverənov öz çıxışlarında vurğuladılar ki,subyektiv səbəblər sırasında yol hərəkəti iştirakçılarının davranışı,onların yol hərəkəti qaydalarını kobud şəkildə pozması xüsusi yer tutur.Məktəblər üçün yol hərəkəti pasportunun tərtib olunması həmin neqativlərin qarşısının alınmasına kömək edəcək.