"İnkişafa aparan yol"layihəsi başa çatdı....
Bakı şəhəri Nərimanov rayonu,Arif Vəliyev adına 258№-li tam orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Sevda Bəliyar qızı,rəhbərlik etdiyi 1ç sinif şagirdləri ilə birlikdə 01.11.2015-ci il tarixdən başlayaraq "İnkişafa aparan yol"başlığı altında uzunmüddətli layihə üzərində işləmişlər.Layihə Azərbaycan dili və riyaziyyat fənni üzrə şagirdlərin hərtərəfli inkişafına yönəldilmişdir.Layihə boyu müxtəlif istiqamətlərdə müsabiqələr təşkil olunmuş və qaliblər müəyyən edilmişdir.18.05.2016-cı il tarixdə layihənin riyaziyyatla bağlı bölməsi artıq yekunlaşmışdır.Nəticə olaraq şagirdlər valideynlərin iştirakı ilə hazırladıqları əl işlərini təqdim etmişlər.Bu mərhələdə də qaliblər müəyyənləşdirilmiş,məktəb rəhbərliyi və sinif icması tərəfindən diplomlara layiq görülmüşlər.