İntellektual yarışmada II yer

   12 iyun saat 15-00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn qaydada  "Fibonacci,, intellektual yarışma keçirildi. Onlayn qaydada keçirilən intellektual yarışmada iştirak edən direktor və direktor müavinləri komandalar üzrə bölünmüşdürlər. Nərimanov rayonu üzrə 258 n-li məktəbin direktor müavinləri Samirə Mehdiyeva, Aynur Kazımova və MLK-nın direktor müavini Rəna Əbilova, 177n-li mənkəbin direktor müavini Cəfərova Afila, 93n-li məktəbin direktor müavini Rəhimova Şəfa, 202 n-li məktəbin direktor müavini Əliyeva Samila bir komandada oynayırdılar. Komandaya “İddia”adı verildi. Komanda üzvləri bir-biri ilə ZOOM proqramı vasitəsilə əlaqə saxlayırdılar. Komandanın kapitanı Əbilova Rəna seçildi. Yarış Youtube vasitəsilə canlı yayımlanırdı. Sual səslənir, verilən qısa müddət ərzində cavablar kapitan tərəfindən əvvəlcədən Wahatsappa göndərilmiş linkə yazılaraq ötürülürdü. ”İddia”komandası oyunun əvvəlindən fəallıq göstərdi, suallar bütün sahələri əhatə edirdi, komanda üzvləri onlayn müzakirələr edir, yekun cavabı kapitan sistemə yükləyirdi. Yarış 7 turdan ibarət idi. Turun sonunda qaliblər elan olundu. ”İddia”komandası 71 xalla ll yerə layiq göruldü. Bu qalibiyyət münasibətilə bütün komanda üzvləfini təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi