Beynəlxalq sertfikatlarla təltif olunduq
Milli Olimpiya Komitəsinin,,OCEP"Beynəlxalq layihəsi üzrə keçirtdiyi idmanla bağlı böyük bir müsabiqədə və Milli Olimpiya Komitəsinin Təhsil Nazirliyi ilə birlikdə ,,Evdə qal, idmanla və qiraətlə məşğul ol” müsabiqəsində məktəbin 19 şagirdi iştirak etmişdir. Şagirdlər tərəfindən çəkilmiş videolar, rəsmlər, Almaniya məktəbliləri ilə qarşılıqlı məktublaşmalarda gözəl nəticələr əldə olunmuşdur. Bu müsabiqələrdə iştirak edən şagirdlər və onların iştirakına rəhbərlik edən məktəbin direktoru Sədaqət Hüseynova, təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur Kazımova və idman müəllimi Məlahət Tağıyeva 22 İyun Beynəlxalq Olimpiya Günü münasibətilə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bakın imzası ilə hazırlanmış 21 sertfikat əldə etdilər.