Müəllim ürəyi hər zaman öyrətmək əzmi ilə döyünməlidir

    Dünyanı öz təsiri altına alan koronavirus Distant təhsili və ya Online təhsili ən önəmli təhsil metoduna çevirməkdədir. 258 saylı tam orta məktəbin müəllimləri də çalışırlar ki, məsafəli təhsil proqramı vasitəsilə müxtəlif üsullarla yeni mövzu və tapşırıqlar versinlər ki, şagirdlər dərslərindən geri qalmasınlar, öyrəndiklərini unutmasınlar. İbtidai sinif müəllimlərinin əksəriyyəti Zoom və ya digər proqramlarla görüntülü dərs keçir, bəziləri whatsapp qruplarında mövzuları izah edib səs yollayır, videogörüntülü izahlar aparır, bu işdə bütün güclərini səfərbər edirlər. Bu şərəfli yolda müəllimlərimizə uğurlar arzu edirik. 

   Qeyd edək ki, hal-hazırda rəhbərlik bu gedən dərs proseslərini mütəmadi izləyir, məsləhətlər verir. Mövcud vəziyyətlə bağlı rəhbərlik bütün müəllimləri, valideyn və şagirdləri daim prezidentimizə dəstək olmağa, onları sağlamlıq naminə hökm sürən karantin rejiminə əməl etməyə çagırır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi