Ana dilim zəngindir

   Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il 21 fevral keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

   Məhz bu səbəbdən məktəbdə keçirilən fənn aylıqları sırasında dillər aylığı fevral ayına təsadüf edir. Məktəbin Azərbaycan dili müəllimləri Fazil Muradov, Sevinc Məmmədova, Gülnarə Rəhimova, Sima Novruzova, Gülzar Əliyeva, Aybəniz Qənbərovanın rəhbərliyi ilə  7 və 8-ci siniflərdə Açıq dərslər, kiçik layihələr, tədbirlər təşkil edildi. Şagirdlərin əl işlərindən, referatlardan, divar qəzetlərindən, yazdıqları kiçik hekayələrdən ibarət sərgilərdə, guşələrdə də Azərbaycan dilinin öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dil olduğu duyulurdu. Şagirdlər hamısı bir daha əminliklə qeyd edirdilər ki, bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi