Yunan məktəbliləri ilə doğma ünsiyyət

   “eTwining” layihəsi çərçivəsində Yunanıstanın “5th Primarу School” məktəbi ilə Nərimanov rayon 258 №li məktəb arasında məktub mübadiləsi həyata keçirildi. İlk olaraq təklif yunan məktəbliləri tərəfindən gəldi. Məktəblilər bu təklifi sevinclə qarşıladılar. İngilis dili müəllimi İlhamə Nuriyevanın rəhbərliyi ilə məktublar ingilis dilində tərtib olundu. Hər iki ölkənin şagirdləri məktublarda vətən, məktəb, məşğuliyyətləri, hobbiləri haqqında yazdılar, bir-birlərinin fikirlərinə maraqla, hörmətlə yanaşdılar. Məktəblilər bu təcrübəni Avropa dövlətlərinin məktəbləri ilə davam etdirmək niyyətindədirlər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi