Nailiyyətlərimiz

LÜTFİ ZADƏ ADINA MƏKTƏBLİLƏRARASI I MƏNTİQ OLİMPİADASI QALİBLƏRİ6 dekabr 2016-cı il tarixində Nizami adına Kino Mərkəzində Məktəblilərarası I Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər arasında məktəbimizin üç şagirdi: Dünyamalızadə Qəmbər, Nəsibov Ömər və Fərzalıyeva Fidan bürünc medala layiq görülmüşdür. Tədbir olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarxın nümayişi ilə başlandı. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov bilik yarışının qaliblərini təbrik etdi, məntiq olimpiadasının əhəmiyyətindən söz açdı. BŞTİ-nin müdürü Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarığının erkən yaşda aşkarlanması istiqamətlərində mühüm addımlar atılır. Tədbirdə qeyd olundu ki, olimpiadada paytaxtın 292 məktəbindən 23834 nəfər V-VI sinif şagirdi iştirak etmiş, onlardan 2375 nəfər finalda iştirak hüququ qazanmış, yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin adı mükafatçılar sırasına daxil olunmuşdur. Çox sevindirici haldır ki, bu şagirdlərdən məhz üçü bizim məktəbin şagirdləridir. Biz də öz növbəmizdə şagirdlərimizə uğurlar arzulayır və nailiyyətlərinin yüksək olmasını diləyirik.

FƏRZƏLİYEV NİCAT VİDADİ OĞLUMəktəbimizin 8-ci sinif şagirdi Fərzəliyev Nicat Vidadi oğlu Muaytay-tayboks idman növü üzrə müxtəlif illərdə respublika yarışlarının və turnirlərinin qalibi olmuş, dəfələrlə Gənclər və İdman naziri A.Rəhimov tərəfindən mükafatlandırılmışdır.

FƏRZƏLİYEV HİLAL KAMAL OĞLUMəktəbimizin 7-ci sinif şagirdi Fərzəliyev Hilal Kamal oğlu UŞU döyüş növü üzrə dəfələrlə müxtəlif yarışların qalibi olmuş, Gənclər və İdman Nazirliyinin fəxri diplomlarına layiq görülmüşdür.

HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Valeh Oruclu Taleh

Nigar Məmmədova Adil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi