“Təhsildə keyfiyyət ili“ ilə əlaqədar Pedaqoji Şuranın iclası

Məktəbimizdə 16.11.2017-ci il tarixində “Təhsildə keyfiyyət ili“ ilə əlaqədar Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasın göndəliyinə aşağıdakı mövzular daxil idi: “Təhsildə keyfiyyət ili“ ilə əlaqədar qarşıda duran vəzifələr; təmayül tətbiq olunan siniflərdə şagirdlərin təlim nailiyyətlərinin təhlili; məktəbin 9 - cu siniflərində riyaziyyat fənni üzrə aparılmış monitorinq imtahanının nəticələri; buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə görə reytinq cədvəli ilə kollektivin tanış etdirilməsi; təbiət fənlərinin tədrisi vəziyyətinin yoxlanmasının nəticələri haqqında; sinif jurnallarının yoxlanmasının nəticələri haqqında və s.

Qeyd olunan məsələlərlə bağlı rəhbərliyin və pedaqoji kollektivin fikirləri dinlənildi, nəticələr müzakirə edildi, məsələlər üzrə müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi