Məktəbimizdə olimpiada həyəcanı

Hər il olduğu kimi bu il də 16.11.2017-ci il tarixində məktəbdə olimpiadanın məktəb mərhələsi keçirildi. Bu il ötən illərdən fərqli olaraq, olimpiadaya təkcə 9,10,11-ci sinif şagirdləri deyil, 5,6,7 və 8-ci sinif şagirdləri də qatıldı. Məktəbin olimpiadada iştirak edən 5-8-ci sinif şagirdləri özlərini Azərbaycan dili və riyaziyyat fənlərindən, 9-11-ci sinif şagirdləri isə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya və tarix fənlərindən sınadılar. Olimpiadada şagirdlərin xüsusi fəallığı müşahidə olundu. Şagirdlərə imtahan üçün ayrılmış vaxt bitdikdən sonra fənn metodbirləşmələri tərəfindən şagirdlərin sual kitabçaları yoxlanılmağa başlandı. Nəticələr şagirdlərə 21.11.2017-ci il tarixində elan olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi