“Əhval ruhiyyənin qaldırılması və psixoloji yüklənmə” adlı seminar
Xətai rayon 257 saylı məktəbdə olan Təhsilə Dəstək layihəsi çərçivəsində Barrington Təhsilə Təşəbbüs Təşkilatının maliyyə dəstəyi ilə Psixologiya Elmləri Doktoru, Professor, BDU- də psixologiya kafedrasının şöbə müdiri Svetlana Məcidovanın 2 təlimi keçirilmişdir. Bİrinci təlim “Əhval ruhiyyənin qaldırılması və psixoloji yüklənmə”, ikinci mövzu isə ” Konfliktlərin həll edilməsi” olmuşdur. Növbəti təlim “ Aqressivliyin aradan qaldırılması” olacaq. Təlimdə SOS Uşaq Kəndində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin tərbiyəçiləri, Təhsilə dəstək layihəsinin müəllimləri, SOS Uşaq kəndinin pedaqoqu, psixoloqu və 257 saylı məktəbin pedoqoji heyəti iştirak etmişdir. Təlimdə konfliktli vəziyyətdən necə çıxmağın yolları öyrədilmiş, müəllimlər qarşılaşdıqları problemləri necə həll edə biləcəkləri barədə Svetlana xanımdan məsləhət almışdırlar. Təlim maraqlı və yaddaqalan oldu.