BAYRAQ - ÖZ YURDUMA ÖZ HAKİMLİYİM
Dünyada gedən gərgin siyasi hadisələr fonunda Azərbaycanın bir dövlət olaraq dünyanın aparıcı dövlətləri arasında tanınması, bayrağı ilə bütün siyasət, mədəniyyət və idman sahələrində keçirilən beynəlxalq tədbirlərdə təmsil olunması onu göstərir ki, bayrağımız dünya tərəfindən tanınır. Bu əvəzedilməz simvolun dəyərini bizə dərk etdirən, onun nə qədər əhəmiyyətli olduğunu anlamağa sövq edən hörmətli prezidentimiz cənab İlham Əliyev bu gözəl günü qeyd olunan tarixi günlər sırasına salmaqla xalqımız üçün əlamətdar bir işə imzasını atdı. Vətəndaşların yetirilməsində rolu əvəzsiz olan bir təhsil müəssisəsi kimi bizim də borcumuz bu tarixi günün əhəmiyyətini şagirdlərə düzgün çatdırmaqdır. Bu müqəddəs vəzifəni dolğun şəkildə yerinə yetirmək üçün məktəbin Fəaliyyət Planına uyğun olaraq, məktəbdə 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib. Şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii gecə, mühazirə və disputlar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib. 08 noyabr tarixində məktəbdə bütün dərslər şagirdlərin əllərində doğma bayraq Dövlət Himninin səsləndirilməsi başlayıb. Tədbirlərdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb. Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırılib. Həmçinin, bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpədə olduğu kimi doğma Qarabağımızın digər guşələrində dalğalanacaq. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məcidova Aynurun təşkilatçılığı ilə məktəbin foyesində 5 C, 6 D, 7A siniflərinin iştirakı ilə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.