Əbədi müstəqilliyimiz-yenilməz bayrağımız

Məktəbimizdə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Məktəbin bütün siniflərində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan dərslər, sinif təşkilat saatları , vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Şagirdlər bayram münasibətilə bülletenlər hazırlayıb, onlar arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, “Müstəqilliyimiz əbədidir,bayrağımız yenilməzdir!” adlı tədbirdə şagirdlərimiz və pedaqoji kollektiv fəallıqla iştirak edib. Müstəqilliyimizin yarandığı dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışılıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığı bildirilib. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb. Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb. Tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən slaydlar nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi