Məktəbimizdə məktəbəhazırlıq qrupları
Oktyabrın 2-də məktəbimizin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib.Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar məktəbdə toplantı keçirilib.Tədbirdə müəllimlər, valideynlər iştirak ediblər.Tədbirdə məlumat verilib ki, 2017-2018-ci tədris ili üçün məktəbdə yaradılan 5 məktəbəhazırlıq qrupuna Azərbaycam bölməsi üzrə 105 ,rus bölməsi üzrə 30 uşaq müraciət edib.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlimlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılan ixtisasartırma təlimlərində iştirak ediblər.Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanmalı və mayın 31-də başa çatmalıdır.