KEYFİYYƏTLİ TƏDRİS İLİNƏ DOĞRU İLK ADDIMLAR

Respublikanın bütün ümumtəhsil və ali məktəblərində olduğu kimi, 15 sentyabr 2017- ci il tarixi məktəbimizdə Bilik Günü kimi qeyd olundu. Bu günlə əlaqədar məktəbin fəaliyyət planı hazırlanmış və əməli tədbirlər həyat keçirilmişdir. Belə tədbirlərdən biri də ilk dərs günü məktəbin həyətində təşkil olunmuş Bilik Günü tədbiri oldu. Tədbirdə bir sıra qonaqlar: Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Hüseynbala Mirələmov, məktəbimizin adını daşıdığı şəhid Ədalət Abbasovum ailə üzvləri eləcə də sabiq məzunlar iştirak etmiş, tədbirin yerli KİV-lərdə işıqlandırılması təmin olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirə giriş sözü ilə məktəbin direktoru Qarat Qaratov başladı. O, öncə 2017-2018-ci - “Təhsildə keyfiyyət ili” elan olunan tədris ilinin ilk dərs günündə iştirak edən qonaqları salamladı. Bu tədris ilinin bizim üçün həm də tarixi və yaddaqalan bir tədris ili olacağını qeyd etdi. Ona görə ki , bildiyimiz kimi avaqust ayının 22-də ölkə başçısı, çox hörmətli Prezidentimiz məktəbimizdə olmuş və məktəbimizin yeni korpusunda yaradılmış şəraitlə tanış olmuşdur. Cənab Prezidentin məktəbimizə gəlişi dövlətimizin, şəxsən onun təhsilə olan diqqət və qayğısı kimi qiymətləndirilmişdir. Bu il ilk dərs məşğələsinin Təhsil nazirimizin müvafiq əmrinə əsasən “Cocuq Mərcanlı tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğu qeyd edilmişdir. Həmçinin bütün tədbir iştirakçıları: həm rəsmi qonaqlar, həm müəllimlər, həm də məktəbimizin məzunları çıxışlarında 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə öz fikirlərini bölüşmüşlər. Məktəbimizin ötən dərs ilində qazandığı uğurlar sadalanmış və bu il məktəbimizin 1-ci siniflərinə qədəm qoyan 11 sinfin 294 nəfər şagirdinə, məktəbimizin bütün şagird və müəllimlərinə yeni tədris ilində uğurlar arzulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi