MƏKTƏBİMİZ YENİ DƏRS İLİNƏ HAZIRDIR
Bakı şəhəri Ə.Abbasov adına 257 nömrəli tam orta məktəb 2017-2018-ci tədris ilinə tam hazırdır. Növbəti dərs ilinə hazırlıq çərçivəsində məktəbimiz üçün yeni korpusun tikintisi başa çatdırılıb. Hazırda məktəbin həm əsas, həm də yeni korpusunda yeni tədris ilinə hazırlıq işləri tamamlanıb. Məktəbin bütün sinif şagirdləri demək olar ki , dərsliklərlə tam təmin edilib. Məktəb kitabxanası Təhsil nazirinin müvafiq əmrinə əsasən, çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlərlə təmin olunub. Fənn kabinetlərində inventarlar tam olaraq yerləşdirilib. Yeni tədris ilində məktəbimizin birinci siniflərinə 282 şagird qəbul olunmuş və onlar 11 sinifdə komplektləşdirilmişlər. Məktəb Pedaqoji Şurasında ötən dərs ilinin hesabatı dinlənilib , qarşıda duran vəzifələr müzakirə olunub,”Təhsildə keyfiyyət ili ilə bağlı Fəaliyyət Planı”, “Məktəb Nizamnaməsi”,”2017-2018-ci tədris ili üçün Fəaliyyət Planı” ,müəllimlərin dərs bölgüsü , sinif rəhbərlərinin və fənn metodbirləşmələrinin siyahısı təsdiq olunub.Məktəbin kollektivi yeni tədris ilində daha keyfiyyətli tədrisə və daha uğurlu fəaliyyətə tam hazırdır.