Tullantılara həyat verək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı “Tullantıdan incəsənətə” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.Mövzunun seçilməsində əsas məqsəd ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. Məktəbimizdə "Tullantıdan incəsənətə" aylığı çərçivəsində bir sıra işlər görülüb. Şagird və müəllimlərlə yanaşı valideynlər də həmçinin bu aylıqda fəallıqla iştirak ediblər. Şagirdlər kağız tullantılarını toplayıb məktəb nomenklaturasına təhvil veriblər. Aylıq çərçivəsində məktəbdə tullantılar toplanaraq onlardan müxtəlif əl işləri hazırlanıb. Şagirdlərin hazırladıqları əl işləri sərgidə nümayiş etdirilib.