Əlifba bayramı

Məktəbimizdə təhsil alan birinci sinif şagirdləri “Əlifba bayramı” şənliyini böyük ruh yüksəkliyi ilə qeyd etdilər. Bu tədbirlərdən biri də ibtidai sinif müəllimi Maral Əliyevanın 1 Ç sinfi ilə təşkil etdiyi tədbir oldu. Müəllimlər və məktəb rəhbərliyi tədbirin əhəmiyyətini öz nitqlərində ifadə etdilər. Sonra söz birincilərə verilmişdir. Şagirdlər müəllimlərinin çəkdiyi zəhməti yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, müəllimimizin zəhməti sayəsində əlifba onlara çox şey öyrətdi. Onlara yazmağı, oxumağı, düşünməyi, vətənimizə, bayrağımıza, gerbimizə, himnimizə məhəbbəti aşıladı. Bütün bunlara görə sevimli müəllimlərinə minnətdardırlar. Sonra şagirdlər əlifba sırası ilə bir-bir vətənə, müstəqil Azərbaycana, məktəbə, müəllimə aid şeir söyləmiş, rəqs etmiş və ədəbi-bədii kompozisiya göstərmişlər. Tədbirdə iştirak edən valideynlər, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Vaqif qızı Xəlilova çıxış edərək qeyd etdi ki, müəllim peşəsi bütün zamanlarda ən çətin peşələrdən sayılmışdır. Lakin onların arasında sinif müəlliminin işi isə daha ciddi məsuliyyət tələb edir. Çünki birincilərə ilk hərfi, əlifbanı öyrədən birinci sinif müəllimidir. Həmçinin körpə fidanlara uğurlar arzuladı. Sonda birincilər müəllimləri ilə xatirə şəkli də çəkdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi