Beynəlxalq şagird qiymətləndirilməsi proqramına hazırlıq
9 iyun tarixində məktəbin 2012-ci il təvəllüdlü şagirdləri arasında imtahan keçirildi. İmtahanın keçirilməsində məqsəd növbəti il PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında iştirak edəcək şagirdlərin ilkin vəziyyətiin müəyyənləşdirilməsidir. Məktəbimizdə təşkil olunmuş imtahanda həmçinin, 24, 25, 29, 63. 98, 191, 265 nömrəli tam orta məktəblərin şagirdləri də iştirak etmişlər. Qiymətləndirmənin nəticəsi yay ərzində təhlil edilərək, növbəti tədris ili üçün uyğun metodiki dəstəyin göstərilməsi planlaşdırılır.