Respublika Günü qeyd edilmişdir
26.05.2017-ci il tarixində məktəbimizdə Respublika günü ilə əlaqədar Sos Uşaq Kəndində tərbiyə alan şagirdlərimiz ilə birgə tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə tariximizə hörmət, vətənpərvərlik və mübarizlik hissinin aşılanması olmuşdur. Ölkəmizin Dövlətçilik tarixində Azərbaycan Demokratik Respublikasının tarixi ilə əldə etdiyi uğurlar tədbirdə səsləndirilmiş və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın suverenliyi qorunub saxlanılmış, davamlı inkişafı təmin edilmişdir.