Sağlam həyat – sağlam gələcək
Məktəbimiz üzrə “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz ” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq 2016 - cı il ərzində məktəb üzrə bir sıra tədbirlər keçirilmiş və 2016-2017-ci tədris ilinin Fəaliyyət Planına da bu məsələ ilə əlaqədar bir çox tədbirlər əlavə olunmuşdur. Qeyd olunan Tədbirlər Planına əsasən məktəbimizdə bu tipli tədbirlərin keçirilməsi davam etdirilir. ” Sağlam həyat ” aylığı ilə əlaqədar olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair seminarlarda təşkil olunmuşdur. Keçirilən seminarlar məktəbin valideyn icmasının birgə təşəbbüsü əsasında baş tutmuş və bu işdə məktəbimizin valideynləri 3 nömrəli Klinik Xəstəxananın terapevt həkimi Veysəlova Gülşən Taləddin qızı və Biləcəri qəsəbəsi 8 nömrəli poliklinikanın pediatrı Mehdiyeva Aybəniz Əli qızı yaxından iştirak etmişlər. Seminar narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə keçirilmişdir. Narkomanlığın zərərləri barədə şagirdlərlə maarifləndirmə işləri aparılmışdır.