“Molla Nəsrəddin”ə gedən yol
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Əfsanə Qasımovanın 8 Ç sinfində “Molla Nəsrəddin”ə gedən yol mövzusunda açıq dərsi keçirildi. Dərs fənn üzrə kurikulumun standartlarına və meyarlarına uyğun aparıldı. Dərsdə dil qaydaları üzrə bilik və bacarıqlar tətbiq olundu. Şagirdlərin orfoqrafiya vərdişləri təkmilləşdirildi. Onlar klassiklərdən gətirilən nümunələr üzərində xitab və onlarda durğu işarələrinə aid bacarıqlarını nümayiş etdirdilər. Qruplara tapşırılan layihələr dinlənildi və müzakirələrin nəticələri ümumiləşdirildi. Şagirdlər meyarlarla qiymətləndirildilər.