ŞAGİRDLƏRİN VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ
Məktəbimiz şagirdlərin təkcə təhsil göstəricilərinin yüksək olmasına deyil, həm də onların vətənpərvər bir Azərbaycanlı kimi yetişməsinə böyük önəm verir. Hər zaman bu sahəyə diqqət artıran pedaqoji kollektiv və hərbi rəhbərimiz şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə və GÇH fənninin keyfiyyətli tədrisinə çalışır. Bu istiqamətdə məktəbin fəaliyyət planına uyğun olaraq, məktəbin X və XI sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olunub. Şagirdlər Gənclərin Çağırışaqədərki Hazırlığı fənni üzrə dərslərdə aldıqları biliklərin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olublar. Burada onlara Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib. Bu tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.