İngilis dili fənni üzrə açıq dərs
Məktəbimiz xarici dillərin tədrisinin keyfiyyətini yüksəltmək məqsədilə bu fənn üzrə açıq dərsləri təşkil edir. Belə dərslərdən biri də 7 A sinfində məktəbin ingilis dili müəllimi Hicran Qasımovanın “İstedadlar müsabiqəsi” mövzusunda keçdiyi açıq dərs oldu. Məqsədi şagirdlərin ingilid dilindən istifadə zamanı rabitəli nitqini inkişaf etdirmək olan bu dərs doğma dilimizlə inteqrativ şəkildə aparıldı. Şagirdlər ingilis dilində bəzi suffikslərin :-er, -or, -ist şəkilçilərinin funksiyası haqqında məlumat əldə etdilər. Müxtəlif yarış və müsabiqə qaliblərimiz haqqında ingilis dilində təqdimat hazırladılar. Rollu oyun vasitəsilə verilmiş mətni canlandırdılar. Dərsdə həmçinin qruo işi vasitəsilə müsabiqə və yarışlarda iştirakın əhəmiyyətini araşdirdılar. Həm mövzu, həm də dərsin düzgün qurulması və şagirdlərin fəal iştirakı dərsi daha da maraqlı etdi. Şagirdlər təlimata uyğun qiymətləndirildilər.