“OXU GÜNÜ” ilə bağlı tədbir

    Paytaxtımızda III dəfə baş tutan “Oxu günü” ilə bağlı tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Hədəf Nəşrləri” nin təşkilatçılığı ilə keçirildi. Məqsədi yeniyetmə və gənclər arasında mütaliə marağının artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq olan tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir. Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. “Oxu günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi uşaqlarda mütaliə mədəniyyətini formalaşdırır ki, bu da bizim üçün sevindirici haldır. Tədbirdə paytaxtın 60-dək ümumi təhsil məktəb və liseyində təhsil alan şagirdlərin iştirak etdiyini deyən M.Vəliyeva söyləyib ki, “Oxu günü” çərçivəsində tanınmış qələm adamları öz imzalı kitablarını oxuculara təqdim edəcəklər. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Xalq yazıçısı Çingiz Abdullayev, “Hədəf Nəşrləri”nin baş direktoru Şəmil Sadıqov çıxış edərək şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu qeyd edib, “Oxu günü” layihəsini yüksək qiymətləndiriblər. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu günü”ndə paytaxtın ümumi təhsil məktəb və liseylərinin rəhbərləri, şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi