BURAXILIŞ İMTAHANLARINA HAZIRLIQ
Məktəbimizdə 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq məqsədilə məktəbin fəaliyyət planına uyğun olaraq, aprel ayının 26 –da bu siniflərdə sınaq imtahanları keçirildi. Sınaq imtahanları hər imtahan fənnindən 30 qapalı tipli sual olmaqla iki variantda tərtib olunmuşdu. İmtahandan sonra dərhal imtahan nəticələri yoxlanıldı və təhlil edilərək, pedaqoji heyətin müzakirəsinə çıxarıdı.