ŞƏHİDLƏR ÖLMƏZ ,VƏTƏN BÖLÜNMƏZ

Döyüşlərin ildönümünün qeyd edilməsi, şəhidlərin anılması, şagirdlərdə vətənə sevgi hisslərinin aşılanması məqsədilə məktəbimizdə vətənpərvərlik mövzusunda “Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirildi. Azərbaycan dövlət himnin səslənməsi ilə başlanan tədbirdə məktəbin ibtidai sinif müəllimi Maral Əliyevanın təşkilatçılığı ilə 1 Ç sinfində baş tutdu. İlk olaraq aparıcılar tədbiri açıq elan edərək şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər. Daha sonra ardıcıl olaraq səhnədə yerini alan şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, nəğmələr oxudular. Tədbir kiçik səhnəciklərin nümayişi ilə davam etdirildi. Şagirdlər bu tarixi gün haqqında məlumat verdilər:2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.Hərbi əməliyyatlar zamanı həlak olan hər bir igid döyüşçümüzün adı çəkildi və vətənpərlik ruhunda şüarlar səsləndirildi. Çıxışlardan sonra məktəbin direktoru Q.Ş.Qaratov öz nitqində şagirdlərə vətənpərlik haqqında məlumatlar verdi, belə anım günlərinin qeyd olunmasının vacibliyini qeyd edərək tədbirin təşkilatçısı və iştirakçılarına təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi