Məktəbimizdə II məntiq olimpiadasının ilk turu keçirilmişdir
01 aprel tarixində Lütfü Zadə adına məktəblilər arası II məntiq olimpiadasının məktəbdaxili mərhələsi keçirilmişdir. Olimpiadada məktəbin hər iki bölməsinin V-VI sinif şagirdləri iştirak edirdilər. V siniflərdən azərbaycan bölməsi üzrə 132 şagird, rus bölməsi üzrə isə 28 şagird, VI siniflərdən azərbaycan bölmsi üzrə 90 şagird, rus bölməsi üzrə 19 şagird fəal iştirak etmişdir.