Fənn müsabiqələrinin qalibi olan şagirdlərimiz
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 3000 nəfərə yaxın şagird iştirak edib. Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin ilk mərhələsində məktəbimizin iki şagirdi final mərhələsində iştirak etmək hüququ qazanıb.Riyaziyyat fənni üzrə 6 C sinif şagirdi Rəcəbov Ülvi və informatika fənni üzrə 7 A sinif şagirdi Dünyamalızadə Qəmbər bu müsabiqədə fərqlənən şagirdlər sırasındadırlar.Cari ilin iyun ayında keçirilməsi planlaşdırılan fənn müsabiqələrinin final mərhələsində şagirdlərimizə uğurlar arzulayırıq.