Bugünkü intibahımız tarixi intibahimizin davamıdır
Məktəbin tarix müəllimi Zəkiyyə Şabanovanın 7 A sinfində “Azərbaycanda intibah mədəniyyəti“ mövzusunda açıq dərsi keçdi.Məqsədi şagirdlər tərəfindən intibah mədəniyyətinin dəyərləndirilməsi və bu mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatları hazırlamaq olan bu dərsdə qruplarla iş formasından istifadə olundu.Şagirdlərlə müzakirə , təqdimat, beyin həmləsi iş üsullarından istifadə edən müəllim müxtəlif resurslardan istifadə etməklə şagirdlərdə intibah dövrünün tarixi , bu dövrə aid maddi-mədəniyyət, memarlıq nümunələri ,elm xadimləri, bədii sənətin inkişafı və musiqi sənəti,Naxçıvan memarlıq inciləri,”Kitabi-Dədə Qorqud” dastanının əhəmiyyəti, Nizami Gəncəvi haqqında biliklərin formalaşmasına nail oldu və şagirdlər əldə etdikləri biliklər əsasında təqdimat hazırlamaq bacarığına yiyələndilər.Dərsin bu mərhələsi şagirdlərin yüksək fəallığı ilə yadda qaldı.Şagirdlər apardıqları tədqiqatın nəticələrini müzakirə etdikdən sonra Azərbaycanın bugünkü inkişaf mərhələsini intibah dövrü kimi xarakterizə etdilər və dövlətimizin bu sahəyə qayğısını qeyd etdilər.