“Tutum vahidi” mövzusunda açıq dərs

24.02.2017-ci il tarixində məktəbin 2A sinfində ibtidai sinif müəllimi Səadət Quliyevanın riyaziyyat fənni üzrə “Tutum vahidi” mövzusunda açıq dərsi keçirildi.Açıq dərsdə kollektiv və qrup işindən səmərəli şəkildə istifadə olundu.Müəllim informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə şagirdlərə mövzunu Prometan lövhənin köməyi ilə əyani şəkildə nümayiş etdirdi.Şagirdlər müxtəlif tutumlu əşyaların müqayisəli təhlilini apardılar,qruplara təqdim olunan işləri öz təqdimatlarında düzgün şəkildə əks etdirdilər və əldə etdikləri biliyi bacarığa çevirib, işçi vərəqlərdəki tapşırıqları yerinə yetirdilər.Açıq dərsdə iştirak edən mentor müəllim və məktəbin ibtidai sinif müəllimləri dərsin yüksək səviyyədə keçdiyini qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi