Tariximizi sevək və dəyərləndirək
23 fevral 2017-ci il tarixində 5 Ç sinfində tarix müəllimi Aytəkin Xəlilovanın açıq dərsi keçirildi. Açıq dərs ”Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığına uyğun olaraq Azərbaycan xalqının etnoqrafiyasının, mədəniyyətinin və incəsənətinin təbliğinə həsr olunmuşdu. Fənn kurikulumlarının tətbiqinə uyğun olaraq qurulmuş dərs şagirdlərin tədqiqat işlərinə əsaslanmışdır. Şagirdlər xalqın tarixini öyrənmək üçün müraciət edilən bütün maddi-mədəni mənbələri araşdırmış, mədəni irsimizi təbliğ edən bütün vasitələri əyani şəkildə nümayiş etdirmişlər.Həmçinin milli geyimlərimizi, qədim silahlarımızı , bəzək və məişət əşyalarını , milli mətbəximizi,musiqimizi müəllimin köməyi ilə öz tədqiqatlarında nümayiş etdirmişlər.Açıq dərs şagirdlərin fəallığı və dərsə xüsusi marağı ilə yadda qaldı.Onlar yeri gəldikcə şifahi xalq ədəbiyyatında olan nümunələri də öz ifasında səsləndirir, etnoqrafik məlumatların xalq ədəbiyyatında da qorunub saxlandığını və ədəbiyyatımızı tarixi araşdırma mənbəyi olduğunu qeyd edirdilər.Hər bir geyim,məişət əşyası haqqında olan məlumatda onun ekoloji cəhəti də qeyd olunurdu.