Tarixi-mədəni abidələrimiz and yerimiz, qürur mənbəyimizdir
Məktəbimizdə BŞTİ-nin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar olaraq məktəbin fəaliyyət planına əsasən şagirdlərin muzeylərə ekskursiyası təşkil olunmuşdur.Məktəbin 4B sinif şagirdlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olundu. Burada 14000-ə yaxın eksponat,xalça,tikmə,geyim,mis qablar,zərgərlik əşyaları,şüşə,taxta və keçə məmulatları nümayiş olunurdu ki,bütün bunlar şagirdlərdə xüsusi maraq oyatdı və onlarda xoş təəssürat oyatdı.