Nizami Gəncəvi və gənclərin tərbiyəsi

Məktəbimizdə “Nizami Gəncəvi və gənclərin tərbiyəsi” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müdriyyəti,SOS Uşaq Kəndinin rəhbərliyi,məktəbin məllimləri və valideynlər iştirak edirdi. Pilot layihədə təhsil alan şagirdlərinin çıxışları maraqla dinlənildi. Dahi şair,mütəfəkkir Nizami Gəncəvi əsərlərində gəncləri təhsil və elm öyrənməyə,halal zəhmətə,insanpərvərliyə,dostluq və sadəliyə,kamil insan olmağa səsləyir. Elə buna görədir ki,Nizami irsi bu gün də aktuallığını itirmir. Şagirdlər tərəfindən səhnələşdirilmiş "Sultan Səncər və qarı", "Nurşiravan və bayquşların söhbəti","İskəndər və Nüşabə" səhnəcikləri,müxtəlif şeirlərin ifadəli səsləndirilməsi,Nizami Gəncəvinin həyatı və yaradıcılığı, Xəmsəsi barədə məlumatlar iştirakçılarda xoş təəssürat yaratdı.Tədbirdə çıxış edən məktəbin direktoru bu tədbirin şagirdlərin milli-mənəvi,ümumbəşəri dəyərlərə tolerant münasibət bəsləmələrinə, geniş dünyagörüşə malik formalaşmasına böyük əhəmiyyəti olduğunu qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi