“ELİMİZİN TƏMİZLİK MƏDƏNİYYƏTİNİ YAŞADAQ VƏ QORUYAQ”

Şagirdlərin qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli ünsürlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə daha geniş məlumat ala bilmələri məqsədilə 2016-2017- ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək " devizi altında həyata keçirilən"Ekologiya və Sağlamlıq" layihəsi çərçivəsində Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərindən biri də "Çərşənbə iməclikləridir". Bu münasibətlə məktəbin şagirdləri kütləvi olaraq məktəbyanı ərazidə iməcilik keçirmiş, həyətyanı sahədə olan ağaclar şagirdlər tərəfindən bellənmiş,sulanmış,məktəb ərazisi artıq tullantılardan təmizlənmişdir. Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə keçirilməsi nəzərdə tutulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi