Vətəndaş qəbulu

Hörmətli valideynlər, Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbin direktoru Xeyrulla Haqverdiyev tərəfindən vətəndaş qəbulu elan edilir.

Qəbul günü:
Hər həftənin 3-cü günü
Saat: 15:00-dan 17:00-dək
Qəbul edən şəxs:
Xeyrulla Haqverdiyev

Ünvan: Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəb, Türkan qəsəbəsi, Üzümçülük sovxozu

Əlaqə nömrələri:
• Şəhər telefonu: +99412 459 39 62
• Mobil: +99455 55 44 256
Elektron poçt: [email protected]

Qəbul zamanı aşağıdakı suallar üzrə vətəndaşların məlumatlandırılması təmin ediləcək:
• I sinfə hansı yaş uşaqlar qəbul edilir?
• I sinfə şagird qəbulu hansı formada aparılır?
• Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
• Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
• Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
• Məktəbəhazırlıq qruplarına qəbul hansı formada həyata keçirilir?
• Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim-tərbiyəyə cəlb edilə bilərmi?
• I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
• Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
• Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
• Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
• X sinfə şagird qəbulu hansı formada aparılır?
• Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?

Qəbulun məqsədi təhsil sahəsində fəaliyyət göstərən elektron sistemlər (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-Məzun sistemi, Rəqəmsal Platforma, Elektron jurnal və s.) üzrə maarifləndirmə işinin təşkili və vətəndaş müraciətlərinə operativ cavab verilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi