“Uşaq Hüquqları” haqqında maarifləndirici dərs keçirilib
20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin IVa sinif rəhbəri Günel Quliyeva tərəfindən xüsusi dərs təşkil olunub.
Dərs zamanı şagirdlərə insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib