İlk dərslər "20 yanvar faciəsinə həsr olunub

İlk dərsdə “20 yanvar”la bağlı hazırlanan şəkillər nümayiş edilib,  xarici dil dərslərində paralel olaraq ingilis dilində qanlı yanvar hadisələri barəsində məlumat verilib.  Şəhidlər arasında məktəbli olan İlqar İbrahimov və Larisa Məmmədova haqqında uşaqlara danışılıb. 20 Yanvar haqqında müxtəlif təqdimatlar paylaşılıb, ətraflı məlumat verilib. Şagirdlərə əvvəldən bugünki dərsin 20 Yanvar faciəsinə həsr olunacağını bildirilmişdi. Bəzi sinif və ev tapşırıqları elə bu faciə ilə bağlı idi. Uşaqların özləri də təqdimatlar hazırlayıblar. Proqramda bu faciə ilə bağlı mövzuları bu günə keçirilib. Faciə barədə uşaqların sualları cavablandırılıb. Sonda öyrəndikləri  şeirləri danışıblar. Bəzi şagirdlər şeirləri qısa video klip şəklində hazırlayıb paylaşdılar. Uşaqlara “20 yanvar” mövzusunda şəkillər çəkmək tapşırılmışdı, həmin şəkillər də sonra onlayn paylaşıldı. Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymətin verilməsi faciənin əsas səbəbi və nəticələri uşaqlara izah olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi