Ümumbəşəri bəla - Narkomaniya

24.04.2024 - ci il tarixində məktəbdə psixoloqların rəhbərliyi ilə siniflərdə "Narkomaniyanın sağlamlığa mənfi təsirləri" haqqında maarifləndirici dərs təşkil olunmuşdur.Dərs zamanı şagirdlərə narkotik vasitələr,onların orqanizmə , həyati fəaliyyətə vurduğu zərərlər haqqında ətraflı maarifləndirici məlumatlar vermişdirlər.Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, narkomaniyanın törətdiyi ağır fəsadlara həsr olunan videoçarx nümayiş etdirilmişdir.