HAQQIMIZDA

Məktəb 1973-cü ildən fəaliyyət göstərir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2011-ci ildə əsaslı təmir olunmuşdur. Müasir avadanlıqlarla təchiz olunmuş fizika və kimya kabinetləri, 2 ədəd informatika kabineti, 5 ədəd elektron lövhə, geniş, işıqlı idman zalında voleybol, basketbol, həndbol meydançaları, 180 nəfərlik akt zalı şagirdlərin ixtiyarındadır. Hal-hazırda məktəbdə 67 pedaqoji işçi fəaliyyət göstərir ki, onlar da 1200-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Ötən tədris ilində məktəbin 9-cu sinfini bitirən 103 şagirddən 2 nəfəri, 11-ci sinfi bitirən 79 məzundan 2 nəfəri fərqlənmə attestatı almışdır. 11-ci sinfi bitirənlərdən 41 nəfəri Respublikanın, 11 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşlar. Qəbul faizi 73.2  olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi