assembly

Məktəb direktorları ilə görüş


19.09.2018

Paytaxtın ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən görüşdə yeni dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları  iştirak ediblər.

M.Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, ötən dərs ilində qazanılmış uğurlardan, növbəti tədris ilində ümumi təhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərindən danışıb.

Nazir müavini bildirib ki, ötən tədris ilində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin fəaliyyətində inkişafyönlü tədbirlər də daim diqqət mərkəzində saxlanılıb.  2018-2019-cu tədris ilində nəzərdə tutulan istiqamət və hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrə toxunan M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və nəzərdə tutulan həlli vacib məsələlərdən danışıb.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan nazir müavini məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrası, məktəblərin idarəetməsi, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, fənn olimpiadaları, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırlan məsələlərə aydınlıq gətirilib.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/254/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

18 Oktyabr
Azərbaycanın Dövlət Müstəqilliyi Günü

9 Noyabr
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

12 Noyabr
Azərbaycan Respublikasının Konstitusiya Günü

17 Noyabr
Milli Dirçəliş Günü

31 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM